Prezident İtaliyanın Azərbaycandakı səfirliyində olub, Berluskoninin vəfatı ilə əlaqədar başsağlığı verib
16 İyun 2023 15:03 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da İtaliya Respublikasının ölkəmizdəki səfirliyində olub, İtaliya Respublikası Nazirlər Şurasının keçmiş Sədri Silvio Berluskoninin vəfatı ilə əlaqədar başsağlığı verib.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın ölkəmizdəki səfirliyinə gəldi.
İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri dövlətimizin başçısını qarşıladı.
Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31