Sərnişinlərin fərdi məlumatları ölkə xaricinə ötürülür
16 İyun 2023 13:15 Siyasət"Sərnişinlərin fərdi məlumatları, ödəniş kartları haqqında məlumatlar, hərəkət trayektorları haqqında bütün məlumatlar əksər hallarda ölkə xaricinə ötürülür". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deyən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin sözlərinə görə, Azərbaycanda taksi sifarişi operatorlarının fəaliyyəti ümumiyyətlə tənzimlənmir: "Taksi sifarişi operatorları əsasən virtual olduğundan onların hansı ölkədə yerləşdiyini, sahiblərinin kim olduğunu bilmək milli təhlükəsizlik baxımindan vacibdir. Bakıda təqribən 28 min taksi var, onların 90%-i bu platformalar üzərindən fəaliyyət göstərir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31