Deputatdan haqlı sual-İşini itirən taksi sürücüləri harada çalışacaqlar?

"İşini itirəcək taksi sürücüləri harada çalışacaq?" Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib: "Taksi sürücülərindən kifayət qədəri öz iş yerini itirəcək. Bu şəxslərin harada işləyəcəyi ilə bağlı düşünülübmü? Məşğulluq idarələri ilə danışılıb? Yeni layihədə sürücülərin təlim keçəcəyi ilə bağlı qeyd var. Bu qədər şəxsin harada təlim keçəcəkləri ilə bağlı yer müəyyən olunub? Bütün bunlar düşünülməlidir. Çünki ölkədə nə qədər sürücü var, bunların taleyi düşünülməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31