Taksi sürücüləri istismar edilir

"Taksi sahəsinə yalnız peşəkarların gəlməsi doğrudur, amma gəlin, onların fəaliyyətinə baxaq. Bir taksi operatoru gündəlik olaraq sürücüyə 24 gediş verib. Bu da sürücünün gündəlik olaraq 14-15 saat işləməsinə səbəb olur. Eyni zamanda bu, onların istismarı deməkdir". Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat Elşən Musayev deyib: "Bir müddət əvvəl "Prius"ların adı çıxmışdı. Qeyd edirdilər ki, "Prius" sürücüləri qəza törədir. Bildirim ki, bu şəraitdə işləyən sürücünü "Mercedes"ə və ya başqa avtomobilə otuzdursanız da eyni şey olacaq. Günün yarısından çoxunu işləyən sürücü hər avtomobildə qəza törədə bilərlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31