Taksi sürücüləri işsiz qalmış müəllim, həkim və yaxud başqa peşə sahibləridir - Deputat
16 İyun 2023 12:57 Siyasət"Bu gün Azərbaycanda taksi sürücüləri işsiz qalmış müəllim, həkim və yaxud başqa peşə sahibləridir. Ona görə də biz digər sahələrdə problemlərimizi həll etməliyik ki, taksi sahəsinə yalnız peşəkarlar gəlsin". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, tıxaclarla bağlı məsələdə də taksini bəhanə etmək düzgün deyil: "Metroda xidmət yüksək səviyyədə təşkil olunubmu ki, insanlar taksidən istifadə etməsin?! Buna bir sosial problem olaraq baxmaq lazımdır. Buna nəqliyyat problemi kimi baxsaq, doğru nəticə əldə edə bilmərik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31