Azərbaycanda istehsal olunan maşınların satışı ƏDV-dən azad olunur
16 İyun 2023 12:27 SiyasətAzərbaycanda istehsal olunan minik avtomobillərinin satışı əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq. Olaylar xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik edilib.
Layihəyə əsasən, ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışının 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunacaq. Dəyişiklik ölkə ərazisində minik avtomobillərinin istehsalının dəstəklənməsini nəzərdə tutur.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31