Ermənistanın milli atributlarında da qonşu dövlətlərə qarşı ərazi iddiaları mövcuddur

"Ermənistanın sülhün əldə edilməsində maraqlı deyil. Bu ölkənin milli atributlarında da qonşu dövlətlərə qarşı ərazi iddiaları mövcuddur". Olaylar xəbər verir ki, bunu deputat Tural Gəncəliyev parlamentin növbədənkənar sessiyasında deyib. Bildirib ki, Ermənistan qonşularının ərazi bütövlüyünü pozan çıxışlarına son qoymalıdır: "Ermənistanın gerbində Türkiyənin Ağrı dağı təsvir olunub. Ermənistan bu məsələlərə yenidən baxmalıdır. Bu yaxınlarda beynəlxalq tədbirlərin birində biz Ermənistan tərəfi ilə müzakirələr zamanı onların destruktiv fəaliyyətini ifşa etdik. Onlar o qədər reallıqdan uzaqdır ki, NATO-nun ən böyük ikinci ordusuna sahib olan Türkiyəyə qarşı da ərazi iddiaları səsləndirirlər. Bu xəstə təfəkkürün nəticəsidir. Ermənistan rəhbərliyi xalqını sülhə hazırlamalıdır. Son hadisələr, Azərbaycan hərbçisinə, Rusiya sülhməramlarına atəş açılması qəbuledilməzdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31