Beynəlxalq təşkilatlar özünü narahat uşaq kimi aparan Ermənistana yerini göstərməlidir - Deputat

"Beynəlxalq humanitar hüquqdan danışanlar Ermənistan silahlı qüvvələrinin Laçın sərhəd-nəzarət buraxılış məntəqəsində törətdiyi hadisəyə münasibət bildirməlidir". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Qasımlı parlamentin növbədənkənar sessiyasında deyib. Bildirib ki, beynəlxalq təşkilatlar ipə-sapa yatmayan, uşaq bağçasında özünü narahat uşaq kimi aparan Ermənistana yerini göstərməlidir: "Baş verən hadisələrlə bağlı bütün məsuliyyət Ermənistan və havadarlarının üzərinə düşür".

M.Qasımlı bildirib ki, Ermənistan silahlı qüvvələrinin Laçın sərhəd-nəzarət buraxılış məntəqəsində sərhədçimizə atəş açması bu ölkənin beynəlxalq hüququn tələblərini kobudasına pozmasını göstərir: "Azərbaycan əsgərinə, dövlətinə, ordusuna, təhlükəsizlik qüvvələrinə və bütün silahlı qüvvələrinə atəş açan, buna cürət edən şəxs dərhal yenində məhv edilməlidir. Başqa heç cür həmin adamlarla danışmaq olmaz. Sərhədimizdən bir quşun belə bizdən xəbərsiz uçmasına icazə verməməliyik. Xalq olaraq hər zaman dövlətimizin yanındayıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31