Müstəqil Azərbaycanın mədəniyyət siyasətinin banisi - ÖZƏL

"Heydər Əliyev Azərbaycanın mədəniyyət və incəsənətini hər bir azərbaycanlı üçün iftixar mənbəyi hesab edirdi. Ona görə də bu sahədə qazanılmış uğurları dünya ictimai fikrinə çatdırmaq üçün böyük səy göstərirdi". "OLAYLAR" xəbər verir ki, bu fikirləri səsləndirən Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev deyib ki, Onun ədəbiyyat və incəsənət xadimlərinə göstərdiyi qayğı ulu öndərimizin gündəlik fəaliyyətinin ayrılmaz hissəsi idi:
"Hamıya məlumdur ki, məhz Heydər Əliyevin tövsiyəsi və dəstəyi ilə Azərbaycanın bir çox dahi şəxsiyyətləri - şairlər, yazıçılar, bəstəkarlar, müğənnilər və digərlərinin yubileyləri dövlət səviyyəsində qeyd olunub, onların Bakıda və digər şəhərlərimizdə abidələri ucaldılıb. Ulu öndərin böyük şəxsiyyətlərimizin yubileyləri ilə bağlı verdiyi sərəncamlar və bu sərəncamlardan irəli gələrək görülən işlər, hər imzanın ətrafında böyük bir hərəkat başlatması böyük anlam daşıyırdı".
İftixar Piriyev deyib ki, müstəqil Azərbaycanın mədəniyyət siyasətinin banisi olan Heydər Əliyevin bu sahədəki böyük nailiyyətləri ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək daha da yüksək zirvələrə doğru ucalır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31