Böyük Qayıdış reallaşır - ÖZƏL
16 İyun 2023 10:53 SiyasətMəcburi köçkün düşmüş insanlar böyük həvəslə öz evlərinə qayıdır
"Ümummilli Lider Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Hicran Hüseynovanın sözlərinə görə, Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilmişdir: "Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, açılışlar edir, bir zamanlar zorla öz doğma yurdlarından məcburi köçkün düşmüş insanlar böyük həvəs və arzularla öz evlərinə qayıdır. Böyük Qayıdış reallaşır, Ermənistandan deportasiya edilən yüzminlərlə insanların haqlarının bərpa olunması, onların öz dədə-baba yurdlarına qaytarılması istiqamətində tədbirlər həyata keçirilir".