Deputatlar Bolqarıstana səfər edəcəklər
16 İyun 2023 10:51 SiyasətMilli Məclisin deputatları, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev və qrupun üzvü Ramin Məmmədov Bolqarıstan Respublikası Xalq Məclisinin Bolqarıstan-Azərbaycan dostluq qrupunun rəhbərinin dəvəti ilə iyunun 19-da Bolqarıstanın Sofiya şəhərinə səfər edəcəklər. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, səfər çərçivəsində deputatlarımız parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi və tərəfləri maraqlandıran digər məsələlərlə bağlı müzakirələr aparacaqlar.
Səfər iyunun 22-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31