Vitse-spiker Adil Əliyev Qambiya Milli Assambleyasının sədri ilə görüşüb

Mərakeş Krallığında səfərdə olan Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Qambiya Respublikası Milli Assambleyasının sədri FabakariTombonq Catta ilə görüşüb. MM-dən "Olaylar"a bildirilib ki, görüşdə parlamentlər arasında əməkdaşlığın inkişafı, dünyada mövcud vəziyyət barədə qarşılıqlı fikir mübadiləsi aparılıb. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Parlament Şəbəkəsinin yaradılmasından,ölkəmizin Qoşulmama Hərəkatına uğurlu rəhbərliyindən, COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşlərinin təşkilindənbəhs edilib.

Vitse-spikerErmənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş təcavüzü, erməni vandalizmi, 1 milyondan artıq insanımızın yurd-yuvalarından qovulması barədə spikerə geniş məlumat verib. İşğala son vermiş 44 günlük Vətən  müharibəsinin bitməsindən üç ilə yaxın vaxtın keçməsinə baxmayaraq, Ermənistanın hələ də sülh müqaviləsini imzalamaqdanyayındğı diqqətə çatdırıb.

Tərəflər parlamentlərarası münasibətlərlə yanaşı, beynəlxalq parlament təşkilatlarında da qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib. Görüşdə Milli Məclisin deputatı Mahir Abbaszadə və Azərbaycanın Mərakeş Krallığındakıfövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31