Zəngəzur dəhlizinin reallaşması ilə Türkiyə və Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyacaq - ÖZƏL

"2021-ci il iyunun 15-də ölkəmizin mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanmış Şuşa Bəyannamənin əsas məqsədi Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri yeni müstəviyə qaldırmaq idi. Şuşa Bəyannaməsi ölkəmizin beynəlxalq arenadakı nüfuzunu artırmaqda, iki ölkə arasında münasibətlərin davamlı inkişafını təmin etməkdə, gələcək nəsillərə ölkələrimizin tarixi birliyini nümayiş etdirməkdəkdir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, Şuşa Bəyannaməsi ilə Qarabağda edilən investisiyaların həcmi artır, böyük şirkətlər, investorlar tərəfindən işğaldan azad edilən ərazilərimizdə bərpa və quruculuq işləri üçün yeni maliyyə yatırımları edilir, yeni sıx əməkdaşlıqlar yaradılır: "Həmçinin əməkdaşlığımız yeni kommunikasiya əlaqələrinin yaranmasına imkan yaradır. Zəngəzur dəhlizinin reallaşması ilə Türkiyə və Azərbaycan arasında münasibətlərin inkişafı yeni tarixi mərhələyə qədəm qoyacaqdır. Bəyannamədə qeyd edilən ən önəmli məsələlərdən biri də müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləridir. Bu tarixi bəyannamə ilə Azərbaycan və Türkiyə bir-birinin təhlükəsizliyini təmin edəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31