Şahbaz Şərif: Bakını dünyanın hər hansı ən inkişaf etmiş, gözəl şəhəri ilə müqayisə etmək olar
15 İyun 2023 15:45 SiyasətÖtən gecədən Bakıda gördüklərim Sizin (Prezident İlham Əliyevin - red.) baxışınızı, liderliyinizi və bu illər ərzində ölkənizi qurmaq üçün göstərdiyiniz dinamik səyləri əks etdirir.
Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşdə söyləyib.
"Ziddiyyətdən çəkinməyərək deyə bilərəm ki, indiyədək Bakıda gördüklərimin müqayisəsini apara bilərəm. Siz (Prezident İlham Əliyev - red.) bu şəhəri dünyanın hər hansı ən inkişaf etmiş, gözəl şəhəri ilə müqayisə edə bilərsiniz. Burada heç bir mübaliğə yoxdur", - deyə Baş nazir qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31