Şahbaz Şərif: Pakistan-Azərbaycan münasibətləri qarşılıqlı dəstək və etimad üzərində qurulub

Bütün məsələlərdə, istər ikitərəfli, istər çoxtərəfli məsələlərdə Pakistanın və Azərbaycanın mövqeləri üst-üstə düşür.

Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.

Baş nazir bildirib: "Pakistan və Azərbaycan qardaş xalqlardır. Bizim münasibətlərimiz qarşılıqlı dəstək, səmimiyyət və qarşılıqlı etimad üzərində qurulub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31