Prezident İlham Əliyev: Baş nazirin səfəri Azərbaycanla Pakistan arasında münasibətləri möhkəmləndirəcək
15 İyun 2023 15:28 SiyasətƏminəm ki, bu səfər ölkələrimiz arasında tərəfdaşlıq, dostluq və qardaşlıq zəminində qurulmuş münasibətləri möhkəmləndirəcək.
Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə geniş tərkibdə görüşdə deyib.
Baş nazirlə ikitərəfli münasibətlərin geniş gündəliyini müzakirə etdiklərini söyləyən dövlətimizin başçısı ölkələrimizin suverenliyinə və ərazi bütövlüyünə güclü dəstəyi bir daha təsdiqlədiklərini qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31