Prezident İlham Əliyevin və Azərbaycan xalqının göstərdiyi həmrəyliyi əsla unutmayacağıq - Ərdoğan

Qardaşım İlham Əliyev və Azərbaycan xalqının fevralın 6-da Türkiyədə baş verən zəlzələdən sonra göstərdiyi həmrəyliyi əsla unutmayacağıq.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycan xalqı təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün səfərbər oldu. Seçkilər dövründə də Azərbaycan xalqının mənəvi dəstəyini hiss etdik. Mayın 28-də Ankara və İstanbul kimi, Bakıda da eyni sevinc var idi. Azərbaycanlı qardaşlarımız da qələbəmizə bizim qədər sevindilər", - deyə R.T.Ərdoğan bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31