İrəvanın sülh danışıqlarından yayınmaq cəhdi - ÖZƏL
14 İyun 2023 14:41 Siyasət"Ermənistan silahlı qüvvələrinin Naxçıvan istiqamətində ordumuzun mövqeylərini atəşə tutması, rəsmi İrəvanın sülh danışıqlarından yayınmaq cəhdi kimi qiymətləndirmək olar". "OLAYLAR" xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, mövcud vəziyyətin fonunda ABŞ-ın Ermənistanda fəaliyyət göstərən diplomatik nümayəndəlik əməkdaşlarına zərurət olmadığı halda Qərbi Zəngəzur istiqamətinə və sərhədyanı ərazilərə səfərlər etməyi qadağan etməsi diqqəti çəkən məqamlardan biridir:
"Hesab edirəm ki, Ermənistan tərəfinin hərbi aktivliyi artırmasının ardında Azərbaycan və Türkiyə prezidentlərinin Bakıda keçirilən görüşü zamanı Zəngəzur koridoru ilə bağlı səsləndirdiyi fikirlər dayanır. İrəvan rəhbərliyinin mövcud vəziyyəti gərginləşdirməsi və hərbi ritorikadan çıxış etməsinin ardında şəxsi öz iradəsinin dayanması inandırıcı deyil. Bu məqamda Zəngəzur koridoru ətrafında maraqları olan iki regional gücə Rusiya və İrana diqqət etməkdə fayda var. Ermənistan sərhədlərinin mühafizəsini təmin edən əsas güc kimi Rusiyanın bu prosesə səsiz qalması Moskvanın gərginliyin artmasında maraqlı olmasına işarədir. Digər tərəfdən Qafanda konsulluq açmaqla məlum koridorun açılmasına mane olmağa çalışan fars rejiminin Ermənistana olan hərbi dəstəyi heç kimə sirr deyil. Və bilinən bir faktda var ki, SEPAH-a bağlı xüsusi təyinatlı hərbiçilər "Haykakan Banakın" hazırlanmasında fəal şəkildə iştirak edir. Yəni İranın Ermənistana hərbi dəstəyi təkcə texniki istiqamətlə yekunlaşmır".