Binəli Yıldırım Şuşaya gedəcək
14 İyun 2023 14:15 SiyasətTürkiyənin yeni Nazirlər Kabinetində Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini kimi yer alan Binəli Yıldırım Şuşaya səfər edəcək.
Trend xəbər verir ki, o, bu barədə bu gün Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib.
B.Yıldırım Azərbaycanda olduğu müddətdə nümayəndə heyəti ilə birlikdə Şuşaya gedəcəyini və orada aparılan genişmiqyaslı tikinti-quruculuq işləri ilə yerində tanış olacağını qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31