Heydər Əliyevin davam edən yolu suverenliyin yeganə qarantıdır
14 İyun 2023 12:13 Siyasət"Ulu Öndərin 1987-ci ildə siyasi hakimiyyətdən ədalətsiz formada uzaqlaşdırılması xalqın sovetlərə inamının itməsi ilə nəticələnib. Ulu Öndər Heydər Əliyev müasir müstəqillik təfəkkürümüzün banisidir. Bu gün Heydər Əliyevin davam edən yolu, suverenliyin və tərəqqinin yeganə qarantıdır". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında deyib. Bildirib ki, Azərbaycanın müasir müstəqillik yolu da məhz bu qırılma nöqtəsindən başlanır: "Heydər Əliyevin böyük tarixi cılız adamların yazdığı və yazdırdığı "tarix kitablarına" sığışa bilməzdi. Çünki, o, özü elə tarix yaradan dahi idi və bunu hər kəs qəbul edib və edir".
Deputat qeyd edib ki, istər XX əsrin əvvəlində, istərsə də XX əsrin sonunda onların istinad etdiyi şəxslərin, heç birinin özünün siyasi yolu olmayıb, amma Heydər Əliyevin yolu var: "Çünki əgər hansısa siyasi xətt, ideya davam edirsə, bu yoldur, amma etiraf edək ki, nə qədər mütərəqqi olur olsun, siyasi ideyalar faydalı formada davam etmirsə, bu artıq dalandır, yol deyil. Bu gün Heydər Əliyevin davam edən yolu, suverenliyin və tərəqqinin yeganə qarantıdır".