Azərbaycanın Türkiyədə səfirliyinin konsulluq şöbəsi qısamüddətli işləməyəcək - ÖZƏL

Azərbaycan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfirliyinin konsulluq şöbəsi iyunun 15-də fəaliyyət göstərməyəcək.
"OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Türkiyədəki səfirliyi yayıb.
Məlumatda bildirilir ki, səfirliyin konsulluq şöbəsində qısamüddətli işləməməsinin səbəbi 15 iyun Milli Qurtuluş Günü ilə bağlıdır. Konsulluq şöbəsi iyunun 16-dan fəaliyyətini davam etdirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31