Antiterror əməliyyatının keçirilməsi artıq mütləq olub - ÖZƏL
14 İyun 2023 11:33 Siyasət"Təxribatların artan xəttlə davam etməsi Ermənistanın sülh anlayışının təzahürüdür. Həmişə demişik ki, Ermənistanla sülhə inanmaq sadəlövh adamların işidir". Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, sülh bu durumda mümkün deyil:
"Məntiq ondan ibarətdir ki, tək Ermənistan yox, Azərbaycan vətəndaşı da sülh dövrü olacağı təqdirdə hər iki tərəfin bu sülhün necə inkişaf etdiriləcəyini təsəvvür edə bilmir, xüsusən də, son 30 illik tarixə baxdıqda".
Politoloq deyib ki, erməni toplumunun fərdləri bunu daha çox dilə gətirirlər: "Onlar müharibə şəraitində yaşamağı öyrəndikləri üçün buna vərdiş ediblər. Odur ki, sülh yox, daha çox müharibədən danışırlar, hətta bunu törədilən təxribatlar şəklinə hamıya göstərirlər. Onlara son və həlledici dərs verməyin vaxtı çatıb. Antiterror əməliyyatının keçirilməsi artıq mütləq olub. Tezliklə olacağı gözləniləndir".