Ərdoğanın Bakıdan verdiyi mühüm mesajlar - ÖZƏL
14 İyun 2023 11:22 Siyasət"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana hər bir səfəri xüsusi əhəmiyyət kəsb edir və gələcəyə yönəlik yeni əməkdaşlıq imkanları ilə diqqət çəkir. Bu baxımdan Türkiyə liderinin 28 may prezident seçkilərinin ikinci turunda əldə etdiyi qələbədən sonra ilk xarici səfər olaraq Azərbaycana dövlət səfərinə gəlməsi mühüm əhəmiyyət daşıyırdı".
Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, Rəcəb Tayyib Ərdoğan Bakıda azərbaycanlı həmkarı Cənab İlham Əliyevlə görüşü zamanı bir sıra diqqət çəkən mesajlar verdi:
"Bu mesajlardan ən başlıcası Zəngəzur dəhlizi ilə bağlı idi. Türkiyə lideri Zərngəzur dəhlizinin ölkəsi üçün də əhəmiyyətli olduğunu bildirməklə Ankaranın da bu dəhlizin açılması istiqamətində səylər göstəricəyini dolayısıyla ifadə etdi. Cənab Ərdoğanın Bakıdan verdiyi dgər mühüm mesaj Naxçıvanla bağlı idi. Həm Zəngəzur, həm də Naxçıvanla bağlı Türkiyə liderinin açıqlaması onu deməyə əsas verir ki, hər iki layihə çox qısa zamanda reallığa çevriləcək. Çünki sözügedən layihələrin gerçəkləşməsi elə Ermənistan üçün də maraqlı və fatdalıdır".
Arzuman Muradlı onu da deyib ki, Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dövlət səfəri həmçinin region və dünya dövlətlərinə Ankara-Bakı dostluq-qardaşlığının daimi, sarsılmaz və əbədi olduğunun mesajı idi:
"Bir sözlə Türkiyə liderinin Azərbaycana dövlət səfəri bütün istiqamətlər və sahələr üzrə olduüca faydalı və əhəmiyyətli oldu".