Parlamentdə Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib
14 İyun 2023 10:42 SiyasətMilli Məclsin bu gün keçirilən xüsusi iclasında Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib. Olaylar xəbər verir ki, "Heydər Əliyev və Azərbaycan parlamenti" 3 cildən ibarət kitab Ulu Öndərin 100 illik yubileyi və Milli Qurtuluşumuzun 30 illiyi münasibəti ilə nəşr olunub. Kitabın məsul redaktoru Milli Məclisin sədri Sahibə Qafarova, tərtibçi redaktoru parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Qaibovdur.
"Heydər Əliyev - Zamanın fövqündə" filminin də ideya müəllifi Milli Məclisin sədri Sahibə Qafarova, ssenari müəllifi Mehman Qaibovdur. Film Milli Məclisin arxiv materialları əsasında parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində hazırlanıb. Filmdə, əsasən, Heydər Əliyev və Azərbaycan parlamenti münasibətlərindən bəhs edilir.
İclasda MM sədri Sahibə Qafarova bildirib ki, Ümummilli liderə həsr olunmuş 3 cilddən ibarət növbəti kitab dərc olunur: "Eyni zamanda parlament jurnalının xüsusi nömrəsi dərc olunub. Dünya durduqca Azərbaycan var olacaq, Azərbaycan var olduqca Heydər Əliyevin ideyaları da yaşayacaq".