Bu gün Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və hər sahədə təcəssüm edir - Spiker

"Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təməlini yaradıb və bunun üzərində qurulan müstəqil dövləti qoruyub saxlaya bilib, davamlı inkişaf yoluna çıxarıb. Heydər Əliyev Azərbaycanın dövlət müstəqiliyinin təməlini yaratmışdır. Bununla bərabər o, dövlətçilik ənənələrini 20-ci yüz illikdə təcəssüm etdirmişdir. Bu gün onu dünyanın ən öndə gedən siyasətçiləri arasında görürlər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası çərçivəsində iyunun 14-də keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında çıxışı zamanı deyib. Spiker bildirib ki, bu gün müasir Azərbaycan möhkəm təməl üzərində uğurla inkişaf edir. Azərbaycan bu gün Heydər Əliyev yolunda irəliləyir: "Ulu Öndər hər zaman Milli Məclisin fəaliyyətini yüksək qiymətləndirib, eyni zamanda iclaslarında iştirak edib. Milli Məclis bu gün də Heydər Əliyevin irsini davam etdirir. Eyni zamanda deyə bilərik ki, bu gün Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və hər sahədə təcəssüm edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31