Türkiyə və Azərbaycan münasibətlərinin dünyada başqa bir nümunəsi yoxdur - VİDEO
13 İyun 2023 18:35 SiyasətOlaylar.az xəbər verir ki, UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Prof. Dr. Mehmet Yüce Trend-ə müsahibəsindəTürkiyə Prezidentinin Azərbaycana səfəri, səfər çərçivəsində müzakirə edilən mövzular barəsində ünvanlanan sualları cavablandırıb.
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçildikdən sonra ilk xarici səfərinin Azərbaycana olması, Türkiyənin yeni xarici siyasətində izləyəciyi yolun ipuclarını verilməsi cəhətdən önəmlidir. Hazırda Türkiyə və Azərbaycan arasında münasibətlər dünyada başqa bir nümunəsi olmayan şəkildə inkişaf etməyə davam edir. Qarşılıqlı görüşlər münasibətləri daha inkişaf etdirir", - deyə M. Yüce əlavə edib.
UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Prof. Dr. Mehmet Yüce mövzu ilə bağlı daha geniş açıqlamasını videodan izləyə bilərsiniz: