Ərbil şəhərində Azərbaycanın baş konsulluğu açılacaq - ÖZƏL
8 İyun 2023 10:25 Siyasət"Yaxın vaxtlarda Şimali İraqdakı yerli kürd muxtariyyatın paytaxtı Ərbil şəhərində Azərbaycanın baş konsulluğu açılacaq. Bu barədə Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili ilə yerli muxtariyyətin hökumət başçısı arasında keçirilən görüşdə məlumat verilib". Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Cəmaləddin Quliyevin sözlərinə görə, Ərbildə Qərb ölkələrinin, qonşu Türkiyə və İranın baş konsolluqları uzun müddətdir ki fəaliyyət göstərir: "Muxtariyyat əhalisinin 20 faizi türkman (Azərbaycan) mənşəlidir. Muxtariyyatın əsas xarici iqtisadi əlaqələri Türkiyə üzərindən həyata keçirilir. Muxtariyyat hökuməti Azərbaycanın neft-qaz kəmərləri ilə bağlı həyata keçirdiyi layihələrə maraq göstərir. Son zamanlar bəzi regional təhdidlərə qarşı da ortaq maraqlar müşahidə edilir".