"Kommunikasiyaların açılması məsələsində irəliləyiş var"
7 İyun 2023 18:31 SiyasətNikol Paşinyan Soçiyə səfəri çərçivəsində rusiyalı həmkarı Mixail Mişustinlə görüşü zamanı Azərbaycanla regional nəqliyyat kommunikasiyalarının açılması prosesindəki son vəziyyətdən danışıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, "Nəqliyyat kommunikasiyalarının açılması üzrə İşçi Qrupun son iclası zamanı nəzərəçarpacaq irəliləyiş qeydə alınıb və mən bundan çox məmnunam",- deyə Paşinyan bildirib.
Ermənistanın baş naziri ölkəsinin regionda nəqliyyat kommunikasiyalarının açılması üçün hazır olduğunu bildirib:
"Biz konkret təkliflərimizi vermişik və ümid edirəm ki, bu təkliflər qəbul olunacaq. Bu, bizim son iki il ərzində işləyib hazırladığımız kompromis həllərdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31