Laçının yeni siması müstəqilliyimizin nə qədər möhkəm olmasını bir daha göstərir - ÖZƏL

"Mayın 28-də - Müstəqillik Günündə Azərbaycan Prezidenti İlham Əliyev Laçında ilk 20 ailənin məskunlaşması xəbərini verdi. 30 ildən çoxdur gözlədiyimiz zaman gəlib. Artıq öz torpaqlarından didərgin düşən, məcburi köçkün həyatı yaşayan vətəndaşlarımız doğma torpaqlarına qayıdırlar".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri  Qarabağ Müharibəsi Əlilləri, Veteranları ve Şəhid Ailələri İctimai Birliyinin Xətai rayon şöbəsinin sədri Fuad Salahov səsləndirib. O bildirib ki, Prezident İlham Əliyevin Laçına səfəri, orada doğma yurd-yuvasına qayıdan sakinlərlə görüşü, sadə insanların yanında olması bir daha onun Azərbaycanın güclü lideri olmasının sübutudur: "Bu baxımdan, dövlətimizin başçısının rayonlarda çoxsaylı təməlqoyma mərasimləri və açılışlarda iştirakı, xüsusilə ilk 20 ailənin Laçında məskunlaşması müstəqillik günündə onun xalqımıza hədiyyəsidir".

Fuad Salahov deyib ki, bu gün Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər möhkəm olmasını bir daha göstərir: "Biz Laçında Prezident İlham Əliyevin açılışını etdiyi məkanları gördükcə əslində, 7-8 aya nə qədər böyük işlərin görüldüyünü anladıq. Göründüyü kimi, 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İlk 20 ailə artıq Laçında yerləşib və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcəklər. Prezident çıxışında bildirdi ki, birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlaşacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31