Finlandiya Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
30 May 2023 13:49 SiyasətFinlandiya Prezidenti Sauli Niinistö Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Zati-aliləri!
Azərbaycan Respublikasının müstəqilliyinin 105-ci ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Ölkənizin və xalqınızın firavanlığı və rifahı ilə bağlı ən xoş arzularımı bildirirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31