Deputatdan kosmik fəaliyyətlə bağlı maraqlı təklif
30 May 2023 12:52 Siyasət"İlk olaraq "Kosmik fəaliyyət haqqında" qanun layihəsini yüksək qiymətləndirirəm. Sevinirəm ki, Azərbaycan da kosmik sənayeyə malik ölkələr sırasındadır". Olaylar xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.Deputat kosmik sənayenin gələcək üçün əhəmiyyətini nəzərə alaraq bir neçə təklif verib: "Orta məktəb və tələbələr arasında bu sahəyə marağın artırılması üçün növbə ilə bütün məktəbərin seçilmiş şagird və tələbələrinin "Azerkosmos"un yerləşdiyi sahəyə ziyarəti təşkil edilsin. Yaxşı olar ki, "Azərkosmos"un internet səhifəsində şagirdlər və tələbələr üçün öyrədici resurslar yerləşdirilsin, onlar virtual olaraq peykimizə sayahət etsinlər, onu yönləndirsinlər, təmir etsinlər və sairə. Bu kosmik sahəyə marağın artırılmasında ciddi rol oynaya bilər".
Deputat əlavə edib ki, deputatlar üçün də bu sahə çox maraqlıdır: "İstərdik ki, "Azərkosmos"a biz deputatların da səfəri təşkil edilsin. Təbii ki, biz zəng edib gedə bilərik bəlkə də. Dəqiq bilmirəm, bəlkə də mümkündür, əgər qadağa yoxdursa. Deputatların da "Azərkosmos"un işi, fəaliyyəti ilə tanış olması elə onlar üçün də faydalı olardı. "Azərkosmos"un fəaliyyətini yaxından izləyirəm və bütün uğurlarına sevinirəm. Şadam ki, bu sahədə uğurlarımız artmaqdadır. İşinizdə böyük uğurlar və nəticələr arzulayıram, əziz dostlar!"