“Türk İnvestisiya Fondu” yaradılır
30 May 2023 12:17 SiyasətMilli Məclis "Türk İnvestisiya Fondunun yaradılması haqqında" Sazişi ratifikasiya edib. Olaylar xəbər verir ki, bununla bağlı "Türk İnvestisiya Fondunun yaradılması haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Saziş bu ilin martın 16-da Ankara şəhərində imzalanıb. Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31