Məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı dövlətimizin siyasi prioritetlərindən biridir - ÖZƏL

"Torpaqlarımız işğaldan azad edildikdən sonra məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz şəraitdə qayıdışı dövlətimizin siyasi prioritetlərindən biridir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Emin Hacıyev deyib. Bildirib ki, uzun illər doğma yurd həsrəti ilə yaşayan məcburi köçkünlərimiz daim dövlət qayğısı ilə əhatə olunublar: "Məhz Ulu Öndərin hakimiyyətə qayıtmasından sonra yurdlarından didərgin düşmüş vətəndaşlarımızın üzləşdiyi sosial və digər problemlərin həlli istiqamətində ilk addımlar atılmağa başlanmışdır. Bu uğurlu siyasəti davam etdirən cənab ilham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə mühüm və ardıcıl tədbirlər həyata keçirilmişdir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva məcburi köçkünlərin problemlərinə daim həssaslıqla yanaşmış, onların probleminin həllinə xüsusi diqqət yetirmişdir.

Uzun illər davam edən erməni işğalının nəticəsində dağılmış ərazilərimizdə qısa zamanda sürətli yenidənqurma və bərpa işləri aparılmışdır. Mayın 28-də 20 ailə dövlətimizin başçısının göstərişi əsasında aparılan təmir-bərpa işləri nəticəsində tamamilə yenilənmiş evlərdə məskunlaşmaq üçün Laçın şəhərinə, öz doğma yurdlarına geri qayıtdılar. Cənab Prezident Müstəqillik Günündə laçınlılarla görüşmüş və onlara evlərinin açarını təqdim edərək ikiqat sevinc bəxş etmişdir. Eşq olsun Müzəffər Ali Baş Komandana!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31