“Ərdoğanın dövründə Türkiyə güclü mövqeyə sahib olub” - Deputat

"Ərdoğanın dövründə Türkiyə güclü mövqeyə sahib olub".  Olaylar xəbər verir ki, bunu Milli Məclisin bugünki plenar iclasında deputat Elşad Mirbəşiroğlu deyib. Deputat qeyd edib ki, qardaş Türkiyədə demokratik ab-havada baş tutan seçki cənab Rəcəb Tayyib Ərdoğanın tarixi qələbəsi ilə başa çatdı: "Bu Azərbaycan-Türkiyə qardaşlığının bundan sonra yeni müstəvidə inkişafına mühüm töhfə olacaq. Son 20 ildə Türkiyə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə güclü mövqeyə sahib olub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31