İstanbul Baş Konsulluğunun təşkil etdiyi Azərbaycanın Müstəqilliyinin 105-ci ildönümünə həsr edilmiş təntənəli mərasim keçirilib - FOTO

26 may tarixində İstanbulda Azərbaycan İstanbul Baş Konsulluğunun təşkil etdiyi Azərbaycanın Müstəqilliyinin 105ci ildönümünə həsr edilmiş  təntənəli mərasim keçirilmişdir. 

Mərasim Azərbaycan Respublikasının himni və Türkiyə Respublikasının Istiqlal Marşının səslənməsiylə başlayıb.

Açılış  Azərbaycanın İstanbul Baş Konsulu Nərminə Mustafayevanın çıxışı ilə başlayıb. Çıxış zamanı ölkəmizin öz azadlığı uğrunda verdiyi mübarizə və qurbanlardan yaşanan ağır günlərdən Ümumi Milli lider Heydər Əliyev və prezident İlham Əliyevin dövlət quruculuğu yolunda apardıqları uğurlu siyasətin bəhərəlırindən danışılıb.

Sonra İstanbul Valisi Əli Yerlikaya xalqlarımızın və dövlıtlırimizin əbədi dostluq və üardaşlığından danışaraq xalqlarımızın azadlıq uğrunda apardıqları şanlı mübarəsindən danışlb məclis iştirakçılarını təbrik edib.Mərasimdə İstanbulda yaşayan Azərbaycan icmasının qabaqcıl numayındələri,xarici ölkələrin diplomatik korpusunun üzvləri   elm,sənət və iş dünyasının təmsilçiləri iştirak ediblər. 

Mehdi Səlimov

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31