Litvada Azərbaycanın Müstəqillik Günü qeyd olunacaq

 

Milli Məclisin Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nəsib Məhəməliyev və qrupun üzvü Rasim Musabəyov mayın 29-da Litva Respublikasının paytaxtı Vilnüs şəhərinə səfər edəcəklər. Olaylar xəbər verir ki, deputatlar burada Azərbaycanın 28 May - Müstəqillik Günü ilə bağlı keçirilən tədbirlərdə iştirak edəcək, həmçinin Litva Seymində həmkarları ilə görüşlər keçirəcəklər.
Səfər iyunun 2-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31