Milli Məclisin deputatı Ankarada səfərdə olacaq

 

Milli Məclisin deputatı Rafael Hüseynov Türkiyə Respublikasında keçiriləcək prezident seçkilərinin ikinci turunu müşahidə etmək üçün mayın 27-də bu ölkənin paytaxtı Ankara  şəhərinə səfər edəcək. Olaylar xəbər verir ki,
səfər çərçivəsində deputatımız AŞPA-nın seçki müşahidə missiyasının tərkibində  Türkiyə Respublikasında mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turuna hazırlıqla tanış olacaq və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyəcək.
Səfər mayın 29-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31