İlham Əliyevin zərgər dəqiqliyi ilə ölçüb biçərək həyata keçirdiyi müdrik siyasət - ÖZƏL
26 May 2023 14:58 Siyasət"Hazırda dünyada cərəyan edən gərginlik, beynəlxalq münaqişələr və qeyri-sabit proseslər fonunda möhtərəm prezidentimiz cənab İlham Əliyevin zərgər dəqiqliyi ilə ölçüb biçərək həyata keçirdiyi müdrik, uzaqgörən və unikal siyasət nəticəsində ölkəmiz regionun aparıcı dövləti olaraq dünyada etibarlı tərəfdaş, qüdrətli dövlət kimi tanınır". "OLAYLAR" xəbər verir ki, bu fikirləri səsləndirən Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, Azərbaycan dövləti tərəfindən bir sıra beynəlxalq əhəmiyyətli enerji layihələri icra olunur, dünya dövlətləri ilə əməkdaşlıq daha da genişləndirilir, ölkələrarası səfərlər və görüşlər həyata keçirilir:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Litvaya rəsmi səfəri iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ açmaqla yanaşı mövcud əlaqələrin inkişafına böyük təkan verəcək.