Bəhreyn Kralı İlham Əliyevə təbrik məktubu göndərib
26 May 2023 14:46 SiyasətBəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
Zati-aliləri Prezident İlham Əliyev!
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuram.
Ulu Tanrıdan Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və rifah nəsib etməsini diləyirik.
Zati-alinizə ən yüksək ehtiramımı çatdırıram.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31