Ermənistan təhlükəsizlik qarantiyasını Qərbdən almaq istəyir - ÖZƏL
26 May 2023 13:17 Siyasət"Moskvada Azərbaycan və Ermənistan rəhbərlərinin Avrasiya İqtisadi Birliyi çərçivəsində debatları və sonrasında Rusiya prezidentinin iştirakı ilə üç tərəfli görüşü bir həqiqəti ortaya qoyur ki, görüşdə məqsəd sülh müqaviləsi yox, iqtisadi əlaqələr və kommunikasiyaların açılması əsas tutulub. Bu, Rusiyanın siyasi məsələləri həll etməkdə maraqlı olmadığını göstərdi". Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri. Politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, iqtisadi məsələ və kommunikasiyaların açılmasını irəli çəkməklə sərhəd və siyasi razılaşma kimi problemlər yerində saxlanıldı: "Azərbaycan tərəfinin bu məsələləri qabartmamasını isə Qərbin vasitəçiliyi ilə keçirilən görüşlərdə həll edilməsinin məsləhət bilindiyi qənaətindəyəm. Ermənistan təhlükəsizlik qarantiyasını onsuz da Qərbdən almaq istəyir. Rusiya Ermənistana belə bir qarantiyanı vermir və ya verə bilmir".