Ulu öndər bugünkü Azərbaycan dövlətinin təməlini qoydu - ÖZƏL

 

"Ötən əsrin 90-cı illərində müstəqilliyini bərpa etmiş Azərbaycan daxili çəkişmələr, xarici təzyiqlər və Ermənistanın təcavüzü üzündən dövlətçiliyi itirmək və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı". Olaylar xəbər verir ki, bunu deyən millət vəkili Emin Hacıyevin sözlərinə görə,
belə bir ağır zamanda xalqın çağırışına səs verərək yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Vətənin xilası naminə misilsiz fədakarlıqlar göstərmiş, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmışdı:

"1993-cü ildə xalqımızın tələbi ilə Ümumilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtması bugünkü qüdrətli Azərbaycan dövlətinin təməlini qoydu. Məhz dahi şəxsiyyətin uğurlu siyasəti və uzaqgörənliyi nəticəsində Azərbaycan zamanın sərt sınaqlarından çıxa bilmiş, ölkənin gələcək inkişaf strategiyası müəyyən edilmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atılmışdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31