YAP üzvlərinin İzmir səfəri başa çatıb - ÖZƏL

 

Yeni Azərbaycan Partiyasının üzvlərindən ibarət millət vəkillərinin İzmir səfəri başa çatıb. Bu barədə Olaylar-a millət vəkili Sahib Alıyev məlumat verib: "Bir millətin iki dövlətinin müttəfiqliyinin əbədiliyinə, qardaş ölkədə keçirilən,​ mütəşəkkilliyi,​ demokratikliyi ilə bütün dünyaya örnək sayıla biləcək seçkinin ikinci mərhələsinin də uğurlu bitməsinə kiçicik də olsa töhfə vermək adına Yeni Azərbaycan Partiyasının üzvləri dəyərli həmkarlarım Hikmət Babaoğlu, Mahir Abbaszadə, Elman Nəsirov və Fatma Yıldırımla birgə​ gerçəkləşdirdiyimiz İzmir səfəri başa çatdı. Seçicilərlə, AK Partiyanın yetkililəri və bir sıra rəsmlərlə​ maraqlı, eyni zamanda da səmimi atmosferdə keçən görüşlərimiz oldu. Ümid edirəm ki,​ 28 mayda bayram bayrama qarışacaq, qardaş dövlətin irəli getməsinin qarşısını almağa çalışanlar üzərində türk xalqı öz doğru seçimi ilə zəfər çalacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31