Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir - Vladimir Putin
25 May 2023 23:08 SiyasətRusiya - Azərbaycan münasibətləri yüksək səviyyədədir.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu fikri Rusiya Prezidenti Vladimir Putin mayın 25-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə deyib.
"İkitərəfli əsasda götürüldükdə ümumilikdə Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir, həmçinin ardıcıl olaraq, bərabərhüquqlu prinsiplərlə, bir-birinin maraqlarını nəzərə almaqla və 2022-ci ilin fevralında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannaməyə uyğun şəkildə inkişaf edir. Biz hamımız buna çox şadıq", - deyə Rusiya Prezidenti bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31