Sahibə Qafarova Belqradda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO
25 May 2023 22:27 SiyasətMilli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətinin Serbiya Respublikasına rəsmi səfəri davam edir. Səfər çərçivəsində bu gün Azərbaycan nümayəndə heyəti paytaxt Belqraddakı Taşmaydan parkında Ümummilli Lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini ziyarət edib.
Olaylar xəbər verir ki, Milli Məclisin sədri abidələrin önünə əklil qoyub.
Xatırladaq ki, Ulu Öndər Heydər Əliyevin Taşmaydan parkında ucaldılmış abidəsinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 2011-ci ildə olub. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin abidəsinin paytaxt Belqradın Taşmaydan parkında ucaldılması ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31