İlham Əliyev: Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək
25 May 2023 19:15 SiyasətOn beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı söyləyib.
Son zamanlar Azərbaycan ərazisindən yükdaşımaların artmasını nəzərə alsaq, bunun xüsusilə vacib olduğunu deyən dövlətimizin başçısı bildirib ki, artıq bir neçə ildir Bakıda bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31