Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Milli Məclisin Fəxri medalı təqdim olunub

Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Bob Bləkmənə Azərbaycan Respublikası Milli Məclisinin Fəxri medalı təqdim olunub. Bob Bləkmən Milli Məclisin sədri Sahibə Qafarovanın 19 may 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında parlamentlərarası əlaqələrin inkişafına və dövlətlərarası münasibətlərin genişləndirilməsi işinə verdiyi töhfələrə görə təltif edilib. MM-dən "Olaylar"a bildirilib ki, Fəxri medalı Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanovla birlikdə  Bob Bləkmənlə İcmalar Palatasının binasında keçirilən görüş zamanı təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31