Rusiya ikili oyun oynayır - ÖZƏL

"Rusiya bir tərəfdən Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına nail olunması istiqamətində təşəbbüskar kimi çıxış edir, tərəflər arasında sülhün əldə edilməsində maraqlı olduğu görüntüsü yaradır, digər tərəfdən Qarabağdakı erməni separatçılarıni himayə edərək onları yeni təxribatlara sürükləyir, sövq edir. Hər halda separatçıların Xocalı, Rusiya sülhməramlılarının yerləşdiyi ərazidə təlim keçməsi belə deməyə əsas verir".

Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsələndirib. İctimai Birlik sədri deyib ki, Rusiya bu davranışı ilə ikili oyun oynayır: 

"Anlaşılan odur ki, Rusiya heç də Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasından yana deyil. Sadəcə bu Rusiyanın bir görüntüsüdür. Həmçinin, Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçirilməsi ilə bağlı vaxtaşırı Kremldən gələn təşəbbüslər də yalnız kənar qüvvələrin problemin həllinə olan dəstəyini neytrallaşdırmaq məqsədi daşıyır".

Arzuman Muradlı onu da diqqətə çatdırıb ki, Rusiya Qarabağa yerləşdirdiyi sülhməramlı missiyanın fonunda erməni separatçılarının silahlandırılması prosesində də iştirak edir: 

"Müntəzəm olaraq yayılan video görüntülərdən də aydın olur ki, erməni separatçılara silah-sursat sülhməramlıların müşayəti ilə daşınır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31