"Bakı və İrəvan arasında sülh müqaviləsi..." - Rusiya rəsmisindən AÇIQLAMA

"Bakı və İrəvan arasında sülh müqaviləsi uzunmüddətli, davamlı həll yollarına əsaslanmalıdır".

Olaylar.az Sfera.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novosti agentliyinə müsahibəsində bildirib .

O, tərəflər arasında sülh müqaviləsinin hazırlanması ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, bu məsələlərin həddindən artıq həssaslığını nəzərə alaraq, danışıqlar prosesinin gedişatına mane olmamaq üçün şərh verə bilməz.

"Bakı və İrəvan nəyin onların fundamental maraqlarına cavab verdiyini və xalqları üçün sabit və etibarlı sülhü necə təmin etmək niyyətində olduqlarına özləri qərar verirlər", - Rusiya xarici işlər nazirinin müavini əlavə edib.

O xatırladıb ki, Rusiya Azərbaycan və Ermənistan arasında sülh prosesini hər cür dəstəkləyir. XİN rəsmisi 31 oktyabr 2022-ci il tarixli Soçi sammitindən sonra liderlərin üçtərəfli bəyanatı regionda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün sülh müqaviləsinə fəal hazırlaşmağın vacibliyini vurğulayıb.

Qaluzin əmindir ki, bu birgə işə 2020-ci ilin noyabrından Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən razılaşdırılmış üçtərəfli sazişlər toplusunun həyata keçirilməsi kontekstində baxılmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31