Altuğra İƏT Səhiyyə Nazirlərinin 5-ci iclasında iştirak edəcək

Şimali Kipr Türk Cümhuriyyətinin səhiyyə naziri İzlem Gürçağ Altuğra Cenevrədə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Səhiyyə Nazirlərinin 5-ci iclasında iştirak edəcək.
"OLAYLAR" bildirir ki, ŞKTC Səhiyyə Nazirliyindən verilən məlumata görə, Azərbaycanın ev sahibliyi ilə Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası çərçivəsində Cenevrədə keçiriləcək İƏT Səhiyyə Nazirlərinin 5-ci iclasında İ.G.Altuğranı nazirliyin müşaviri Deren Oygar müşayiət edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31