Moskvada Qarabağla bağlı hər hansı sənədin imzalanması gözlənilən deyil - ÖZƏL
25 May 2023 11:19 Siyasət"Bu gün Azərbaycan və Ermənistan prezidentləri Moskvada görüşəcəklər. Qarabağla bağlı hər hansı bir müqavilə aktının imzalanmasına ümüdlü deyiləm. Amma zaman hər vaxt bizim xeyrimizə işləyir". Bunu "Olaylar"a deyən Milli Cəbhə Partiyası sədrinin birinci müavini Rafiq Daşdəmirlinin sözlərinə görə, Ermənistanda və bir çox ölkələrdə, sərhədlərimizin məsələsini ermənilərin öz dilindən tutub bu məsələni rəsmiləşdirmək lazımdır: "Siyasi partiyalar, siyasətçilər, ictimai fəallar, politoloqlar yaxşı bir şans yaranıb. Bütün dünyaya yaymaq lazımdır ki, ermənilər sərhədlərin demarkasiyasını bu cür həll etmək istəyir. Erməni alimi, tədqiqat institutunun direktoru Avetik Harutunyan İrəvan qəzeti "Hayastani Hanrapetyutyun"a müsahibə verdi. Orada qeyd etdi ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini elan edərkən özünü Azərbaycan SSR-nin deyil, Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdi. Buna görə də Azərbaycan SSR sərhədlərinin varisi deyil, Azərbaycan Xalq Cümhuriyyətinin varisidi. Aperjan, Arevik! Səninlə necə razılaşdığımı təsəvvür belə edə bilməzsən! Obyektivliyiniz və dürüstlüyünüz üçün Sızə təşəkkür edirəm. Doğrudan da, Azərbaycan Xalq Cümhuriyyətinin sərhədləri fərqli idi. Hesab edirəm ki, biz etiraz etmərik sərhədlərimizi bu xəritələrlə müəyyən etsək".